Sea Breeze-də Beynəlxalq MMA Turniri!
13 sentyabrda, Sea Breeze-də ilk dəfə olaraq, gənc döyüşçüləri dəstəkləmək və onları dünya arenasına çıxarmaq məqsədilə 2023-cü ildə Zabit Səmədov tərəfindən yaradılmış peşəkar New Generation Fighting təşkilatının rəhbərliyi ilə beşinci Beynəlxalq MMA turniri keçiriləcək.
Turnirdə rinqə çıxacaq Azərbaycanın ən güclü MMA döyüşçüləri — Tair Abdullayev, Məhəmmədəli Osmanlı, Mehman Məmmədov və Məhərrəm Həsənzadə, Braziliya, Özbəkistan, Qırğızıstan, Misir və digər ölkələrin idmançıları ilə qarşılaşacaqlar.
Gecənin xüsusi hadisəsi — titullu kikboksçu Alim Nəbiyevin MMA-dа debütü olacaq. Turnir saat 18:00-da başlayacaq.
NGF indiyə qədər 40-dan çox döyüşçünün iştirak etdiyi dörd beynəlxalq turnir keçirib.