UEFA Konfrans Liqası Masazırda!
UEFA Konfrans Liqasında Azərbaycan futbolunun “Sabah”ına dəstək ol!
III təsnifat mərhələsində təmsilçimiz “Levski” (Bolqarıstan) komandası ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq matç 14 avqust saat 20:00-da Masazırdakı “Bank Respublika Arena” stadionunda keçiriləcək.
📌 QEYD:
BU TƏDBİR ÜÇÜN ƏLDƏ EDİLƏN BİLETLƏR QAYTARILMIR VƏ YA DƏYİŞDİRİLMİR.
🎟️ Bilet istifadə qaydaları:
Bilet yalnız üzərində qeyd olunan tarix və vaxtda, göstərilən yerdən istifadə hüququ verir.
Bilet sahibi təşkilatçının və təhlükəsizlik əməkdaşlarının təlimatlarına riayət etməlidir.
Bilet tədbirin sonuna qədər saxlanılmalıdır.
Biletin geri qaytarılması yalnız tədbir baş tutmadığı halda mümkündür.
İtirilmiş biletlər bərpa edilmir.
Oyuna gecikən tamaşaçılar (1-ci hissə bitdikdən sonra) stadiona buraxılmayacaq.
🚫 Qəti surətdə qadağandır:
Biletdə göstərilməyən qapıdan giriş etmək.
Portfel, çanta, hər cür silah, kəsici-deşici alətlər, qida məhsulları, şüşə və plastik qabda içkilər, hermetik bağlamada və ya bankada məhsullarla stadiona daxil olmaq.
✅ Tövsiyələr:
Saxta bilet problemi ilə üzləşməmək üçün biletləri yalnız “iTicket.az” MMC-nin rəsmi kassalarından və ya “Sabah” FK-nın rəsmi satış məntəqələrindən əldə edin.
Təhlükəsizliyin təmin olunması üçün tədbirdən 2 saat əvvəl öz yerinizi tutun.
Bilet sahibi stadionun davranış qaydalarına əməl etməyə razıdır.