Diqqət! Konsertə gecikdiyiniz halda, zalda əyləşmiş tamaşaçıların səhnə görüntüsünə maneə törədilməsinin qarşısını almaq məqsədilə biletinizdə göstərilən oturacağın dəyişdirilməsi mümkündür.
Bilet nəzarətçilərinin təlimatlarına əməl etməniz və konsertlərə qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlməniz tövsiyə olunur.
Konsert və tədbirlərimizdə qonaq olacaq tamaşaçıların geyim tərzlərinə diqqət yetirmələri xahiş olunur. Şort və başmaqda gələn şəxslər konsert zalına buraxılmayacaq.
Uşaqları və valideynlərini 23 noyabr 2025-ci il tarixində saat 12:00 və 15:00-da
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında
“İtmiş notların nağılı” adlı sehrli bir dünyaya — interaktiv tamaşaya dəvət edirik!
Bu unudulmaz tədbirdə uşaqlar təkcə izləyici deyil, həm də hadisələrin fəal iştirakçısına çevriləcəklər. Mahnılar, rəqslər, aktyorlarla birgə oyunlar və maraqlı səhnə macəraları balacalara həm əylənmək, həm də öyrənmək imkanı verəcək.
Nağıl qəhrəmanlarının müşayiəti ilə hər bir uşaq öz yaradıcılığını sərbəst ifadə edəcək və təxəyyülünün sərhədlərini kəşf edəcək. Tamaşa sürprizlərlə dolu, rəngarəng və yaddaqalan olacaq!