Sehrli səhnə sizi və uşaqlarınızı unudulmaz bir macəraya dəvət edir!
“Şrek” dünyasının sevimli qəhrəmanı olan cəsur və ağıllı Çəkməli Pişik bu dəfə də yeni macəralarla qarşınızdadır. Qarşısına çıxan çətinliklərə baxmayaraq, o, dostluq, cəsarət və sevgini nümayiş etdirəcək.
Canlı musiqi, rəngarəng rəqslər və qılınc döyüşləri bu tamaşanı əsl bayrama çevirəcək.
Teatrın repertuarında Chicago, The Great Gatsby, Burlesque kimi dünya şöhrətli müzikllər də yer alır.
Özünüzə və balalarınıza sehrli teatr axşamı bəxş edin!