Eşq və Ölüm

Eşq və Ölüm

Tədbir haqqında

Polad Bülbüloğlu
“EŞQ VƏ ÖLÜM”
(2 pərdəli balet)

Libretto müəllifi: Nadejda Malıgina
(“Kitabi Dədə Qorqud” eposunun motivləri əsasında)

Dirijor: Əməkdar artist Əyyub Quliyev
Quruluşçu xoreoqraf: Rusiyanın Əməkdar İncəsənət Xadimi Nadejda Malıgina
Quruluşçu rəssam: Rusiya Rəssamlıq Akademiyasının akademiki, professor, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji
Xoreoqrafın assistenti: Başkortostan Respublikasının Əməkdar artisti Denis Zayntdinov

“Eşq və Ölüm” baleti bir tərəfdən milli ruhu daşıyır, digər tərəfdən isə universal sənət dili ilə bəşəri dəyərləri əks etdirir.
“Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında bəstələnmiş bu əsər həyat və ölüm, sevgi və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur.
Polad Bülbüloğlunun musiqisi bu motivləri dərin emosional çalarlarda çatdırır.
Balet ölməz məhəbbəti və qəhrəmanlıq qarşısında ölümün acizliyini tərənnüm edir.

Nadejda Malıgina
Quruluşçu xoreoqraf
Rusiyanın Əməkdar İncəsənət Xadimi


Qısa məzmun

Proloq
Əsrlər boyu düzənlikdə susqun dayanan nəhəng daşlar.
Onların yanında duran varlıq – nə kişi, nə qadın, nə cavan, nə qoca – Ölümdür.
Zamanla daşlar canlanır və qədim hekayələrini danışmağa başlayırlar.

I pərdə
Oğuz elində həyat qaynayır. Qazan xan, onun qızı Baycan, igidlər Azər və Yalıncıq, qızlar və oğlanlar bayram ab-havasındadır.
Gözəl Baycan zarafatla oğlan paltarı geyinir, bu isə Azərin qəlbində məhəbbət alovu yandırır. Yalıncıq da ona vurulur.
Qazan xan Baycanın adaxlısını seçmək üçün yarış təşkil edir. Azər və Yalıncıq qalib gəlir, lakin Baycan ürəyini Azərə verir.
Toy hazırlıqları zamanı qısqanc Yalıncıq qıpçaqlarla birləşir və toy çadırını mühasirəyə alaraq Azər və Baycanı əsir götürür.
Oğuzlar Qazan xanın başçılığı ilə qisas andı içsələr də, döyüşdə məğlub olurlar. Ölüm hökm sürür.

II pərdə
Qıpçaq düşərgəsində Baycan əsirdir. Məlik xan onu Yalıncığa mükafat kimi verir.
Baycan ağılla Yalıncığı aldadır və Azəri azad etdirir, lakin sevgisini vermir. Yalıncığı ölüm gözləyir.
Qazan xan əsgərləri toplayır, Baycan digər əsir qızlarla birlikdə düşərgədən qaçır.
Azər və Baycan görüşürlər, lakin yenidən yaxalanır və həlak olurlar.
Onların sevgisi ölməzdir, ruhları Əbədiyyətə qovuşur.
Xalq yaşadıqca ölüm acizdir.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Eşq və Ölüm Eşq və Ölüm

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan