"Leyli və Məcnun" (2 pərdəli opera)
Yaş həddi: 6+
Kompozitor: Üzeyir Həcibəyli
Libretto müəllifi: Üzeyir Həcibəyli
Janr: Dram
Dil: Azerbaycan
Tamaşanın müddəti: 2 saat 10 dəqiqə
Quruluşçu rejissor: Hafiz Quliyev (əməkdar incəsənət xadimi)
Dirijor: Əyyub Quliyev, Əməkdar artist
Quruluşçu rejissor: Nicat Kazımov
Dekorasiyalar üzrə rəssam: Tehran Babayev, Əməkdar mədəniyyət işçisi
Kostyumlar üzrə rəssam: Leyla Əliyeva
Xormeyster: Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi
Xoreoqraf: Yuriy Lobaçev, Əməkdar artist
Solo tarda: Elxan Mansurov, Əməkdar artist
Rollar və ifaçılar:
Leyli – Nəzakət Teymurova, Xalq artisti
Məcnun – Mənsum İbrahimov, Xalq artisti
Leylinin atası – Taleh Yahyayev
Leylinin anası – Aytən Məhərrəmova
Məcnunun atası – Mütəllim Dəmirov
Məcnunun anası – Afaq Ağayeva
İbn Salam – Təyyar Bayramov, Əməkdar artist
Nofəl – Cahangir Qurbanov, Əməkdar artist
Zeyd – Nəzər Bəylərov
Şeyx – Pərviz Verdiyev
Leyli (balet) – Məryəm Şabakayeva
Məcnun (balet) – Rüstəm Hacıyev
Leyli (uşaq) – Laləzar İbrahimli
Məcnun (uşaq) – Adil Əlizadə
"Oyuq" Uşaq Teatrı
Birinci şəkil. Məktəb həyəti. Qeys və Leyli bir-birini sevir. Eşq atəşinə düşən Qeys hisslərini gizlədə bilmir. Məktəb yoldaşları Leyliyə bu sevginin dillərə düşməsinin xoş nəticə verməyəcəyini bildirərək onu Qeysdən ayırırlar. Qeysin ata-anası onu təsəlli edərək söz verirlər ki, Leylini ona alacaqlar.
İkinci şəkil. Leyli ilə Qeysin sevgisi dillərə düşür. Qadınlar bu xəbəri Leylinin anasına çatdırır. Anası onu danlayaraq məktəbə getməsini qadağan edir. Məcnunun atası elçiliyə getsə də rədd cavabı alır. Pərişan Leyli dərdini şəmə danışır. Bu vaxt başqa bir qəbilə başçısı – İbn Salam elçi gəlir və “hə” cavabı alır. Leyli fəryad edərək taleyindən şikayətlənir.
Üçüncü şəkil. Eşq dərdi ilə səhraya çəkilən Məcnun Leylinin xəyalları ilə yaşayır. Nofəl adlı sərkərdə ona Leylini zorla da olsa gətirəcəyini vəd edir. Lakin Leylinin atası bildirir ki, Leyli artıq İbn Salama ərə verilib. Döyüş dayandırılır.
Dördüncü şəkil. Məcnunun atası onu Kəbəyə apararaq Leylini unutması üçün dua etməsini istəyir. Lakin Məcnun əksinə, bu eşqdən qurtulmamağı diləyir. Atası kədərdən ölür. Leyli İbn Salamın evinə köçürülür. Məcnun evin ətrafında dolaşır, töhmətli sözləri ilə İbn Salamı dayandırır. Camaat onu ordan uzaqlaşdırır.
Beşinci şəkil. Həsrət dərdi Leylini xəstələndirir. İbn Salam onun soyuqluğundan şikayətlənir. Leyli isə bildirir ki, Məcnuna olan sevgisi sönmədikcə başqa heç kimi sevə bilməyəcək. Məcnunun xəyali qarşısında canlanır, onu vəfasızlıqda ittiham edir. Leyli anasının qucağında vəfat edir.
Altıncı şəkil. Leylinin ölüm xəbərini alan Məcnun qəbrinə gələrək fəryad edir, sevgilisinə qovuşmaq üçün onun qəbrini qucaqlayaraq can verir.