8 ANIMAFILM Making of: “Bum-Bum” filmin yaradılması

8 ANIMAFILM Making of: “Bum-Bum” filmin yaradılması

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
Biletlər tədbirə giriş zamanı yalnız orijinal formatda təqdim olunmalıdır. Fiziki və ya QR biletin fotoşəkilləri və ya digər etibarsız nüsxələri ilə girişə icazə verilməyəcək.

QR bilet haqqında daha ətraflı:  QR bilet

Bu xüsusi proqramda Azərbaycan Animasiya Assosiasiyasının istehsalı olan “Bum-Bum” animasiya filminin yaradılma prosesinə nəzər salacağıq. Filmin rejissoru Nəzrin Ağamalıyeva və filmin komanda üzvləri tamaşaçılara layihənin ideyadan ekranadək keçdiyi yol haqqında danışacaq, yaradıcı komandanın qarşılaşdığı çətinliklər və əldə etdiyi uğurlar barədə məlumat verəcək.

Tədbir zamanı iştirakçılar komanda ilə ünsiyyət qura, öz suallarını verə və müasir Azərbaycan animasiyasının kulisində nələrin baş verdiyini daha yaxından öyrənə biləcəklər.

Azərbaycan animasiyası ilə maraqlanan bütün sənətçiləri, kino peşəkarlarını və mədəniyyət sahəsində çalışanları bu görüşdə iştirak etməyə dəvət edirik.

“Bum-Bum” animasiya filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə istehsal olunur. Film tanınmış Azərbaycan yazıçısı Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı “Bum-Bum” poemasının motivləri əsasında çəkiləcək. Filmin 2025-ci ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.

Azərbaycan və İngilis dillərində

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.

Bu ilki festivalımızın mövzusu isə pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.

Vacib qeydlər:

–  Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.
– Festivalın tədbirlərinə 15 dəqiqə öncədən gəlməyiniz xahiş olunur.
– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.

Yaş məhdudiyyəti / Dil

16+ / Multilingual
8 ANIMAFILM Making of: “Bum-Bum” filmin yaradılması 8 ANIMAFILM Making of: “Bum-Bum” filmin yaradılması

Məkan yeri
Bülbül prospekti 20, Bakı, Azərbaycan, AZ1014