8 ANIMAFILM Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX

8 ANIMAFILM Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
Biletlər tədbirə giriş zamanı yalnız orijinal formatda təqdim olunmalıdır. Fiziki və ya QR biletin fotoşəkilləri və ya digər etibarsız nüsxələri ilə girişə icazə verilməyəcək.

QR bilet haqqında daha ətraflı:  QR bilet

“Ən yaxşı qısametrajlı animasiya filmi GRAND PRIX” – ANİMAFİLM festivalının ən nüfuzlu mükafatıdır. Bu kateqoriyada hər il dünyanın müxtəlif ölkələrindən seçilmiş filmlər yarışır. Bu il mükafat uğrunda 8 orijinal animasiya filmi rəqabət aparacaq. Filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər 8-ci ANİMAFİLM Festivalının bağlanış mərasimində elan olunacaq.

Bu kateqoriyada aşağıdakı filmlər nümayiş etdiriləcək:

– Cycle or Bicycle (Fransa), rejissor Roxane Campoy
– Creator (ABŞ), rejissor Natalia Poteryakhin
– Two Ships (Portuqaliya), rejissor McKinley Benson
– Panorama (Danimarka), rejissor Nicolaj Larsson
– Paradise Buffet (İspaniya), rejissorlar Santi Amézqueta, Héctor Zafra
– TV or The Disturbance on Forest Hill Road (İsveçrə), rejissor Frederic Siegel
– 9 Million Colors (Çexiya, Almaniya, Norveç), rejissor Bára Anna
– Ovary-Acting (Birləşmiş Krallıq), rejissor Ida Melum


Orijinal dildə, azərbaycanca və ingiliscə altyazı ilə

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.

Bu ilki festivalımızın mövzusu isə pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.

Vacib qeydlər:

–  Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.
– Festivalın tədbirlərinə 15 dəqiqə öncədən gəlməyiniz xahiş olunur.
– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.

Yaş məhdudiyyəti / Dil

16+ / Multilingual
8 ANIMAFILM Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX 8 ANIMAFILM Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX

Məkan yeri
Bülbül prospekti 20, Bakı, Azərbaycan, AZ1014