8 ANIMAFİLM Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi

8 ANIMAFİLM Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
Biletlər tədbirə giriş zamanı yalnız orijinal formatda təqdim olunmalıdır. Fiziki və ya QR biletin fotoşəkilləri və ya digər etibarsız nüsxələri ilə girişə icazə verilməyəcək.

QR bilet haqqında daha ətraflı:  QR bilet

ANİMAFİLM Festivalı bu il də uşaqlarınız üçün xüsusi seçilmiş animasiya filmlərinin nümayişinə davam edir! Bu il mükafat uğrunda 6 yaradıcı animasiya filmi rəqabət aparacaq. Filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər 8-ci ANİMAFİLM Festivalının bağlanış mərasimində elan olunacaq.

Bu kateqoriyada aşağıdakı filmlər nümayiş etdiriləcək:

– Forevergreen (ABŞ), rejissorlar Nathan Engelhardt, Jeremy Spears
Nils Karlsson Pussling (Norveç, İsveç), rejissorlar Yaprak Morali, Are Austnes
– Books are Made of Trees (Danimarka), rejissor Julianna Jakubowska
– Le Petit et Le Géant (Braziliya, Fransa), rejissor Isabela Costa
– Haru-tsuge Fish and Fu-rai Boy (Yaponiya), rejissor Takeshi Yashiro
– Konigiri-Kun Super Machine? (Yaponiya), rejissor Mari Miyazawa


Orijinal dildə, azərbaycanca və ingiliscə altyazı ilə

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.

Bu ilki festivalımızın mövzusu isə pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.

Vacib qeydlər:

–  Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.
– Festivalın tədbirlərinə 15 dəqiqə öncədən gəlməyiniz xahiş olunur.
– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.

Yaş məhdudiyyəti / Dil

5+ / Multilingual
8 ANIMAFİLM Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi 8 ANIMAFİLM Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi

Məkan yeri
Bülbül prospekti 20, Bakı, Azərbaycan, AZ1014