Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
Biletlər tədbirə giriş zamanı yalnız orijinal formatda təqdim olunmalıdır. Fiziki və ya QR biletin fotoşəkilləri və ya digər etibarsız nüsxələri ilə girişə icazə verilməyəcək.
QR bilet haqqında daha ətraflı: QR bilet
Bu nümayişdə yerli animatorların ərsəyə gətirdiyi yeni və rəngarəng qısametrajlı animasiya filmlərini izləyəcəksiniz. “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatı ölkəmizdə animasiyanın inkişafına töhfə verən ən parlaq işləri önə çıxarmaq məqsədi daşıyır. Bu il bu kateqoriya üzrə 10 film mübarizə aparacaq. Filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər 8-ci ANİMAFİLM Festivalının bağlanış mərasimində elan olunacaq.
Bu kateqoriyada aşağıdakı filmlər nümayiş etdiriləcək:
– Nağd Olsun!, rejissor Rəvan Muradov
– Drug-addicted mosquito, rejissor Ülkər Cəbrayılova
– MIR MIR, rejissor Pərviz Heydar Ələkbərli
– Soyuz: Graviton, rejissor Emil Shiran
– Oyanmayan, rejissor Malaksima
– Tülkü və üzüm, rejissor Nadiia Kyrei
– Piece of art, rejissor Leyla Novruzova
– İnilti 2, rejissor Ruslan Kərimov
– Pulun Dili, rejissor Firangiz Baghirova
– 4500 km uzaqda, rejissor Aslan Maharramli
Əlavə olaraq Məsud Pənahinin “Narqız” animasiya filmi də təqdim olunacaq (müsabiqədənkənar nümayiş).
Orijinal dildə, azərbaycanca və ingiliscə altyazı ilə
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.
Bu ilki festivalımızın mövzusu isə pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.
Vacib qeydlər:
– Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.
– Festivalın tədbirlərinə 15 dəqiqə öncədən gəlməyiniz xahiş olunur.
– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.