Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
Biletlər tədbirə giriş zamanı yalnız orijinal formatda təqdim olunmalıdır. Fiziki və ya QR biletin fotoşəkilləri və ya digər etibarsız nüsxələri ilə girişə icazə verilməyəcək.
QR bilet haqqında daha ətraflı: QR bilet
1-ci ANİMAFİLM Pitçinq Müsabiqəsi bu ilki ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində baş tutacaq.
Müsabiqə Azərbaycan Animasiya Assosiasiyasıtərəfindən təşkil olunur və CEE Animation, ANİMAFİLM Studiyası və Dynamic Box Studiyasının dəstəyi ilə keçirilir.
Müsabiqənin məqsədi inkişaf, pre-prodakşn və ya istehsal mərhələsində olan yerli animasiya layihələrini dəstəkləməkdir.
Mükafatlar:
– ANİMAFİLM Studiyasının Mükafatı – 500 AZN
– Dynamic Box Studiyasının Mükafatı – 500 AZN
Qalib layihələr CEE Animation platformasında dərc olunacaq və istehsal dəstəyi üçün Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) tövsiyə ediləcək.
Azərbaycan və İngilis dillərində
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2018-ci ildən bəri animasiya sənətini və yaradıcılığı təşviq edən beynəlxalq platformadır. Festival uşaqları, gəncləri və animasiya mütəxəssislərini bir araya gətirərək onlara yerli və qlobal təcrübə qazandırır.
Bu ilki festivalımızın mövzusu isə pişiklərdir! Yaradıcı yanaşmamızı xeyriyyə məqsədi ilə birləşdirərək, bilet satışından əldə olunan gəlirin bir hissəsini köməyə ehtiyacı olan pişiklərə yönəldəcəyik. Animasiya vasitəsilə sevgi, mərhəmət və birlik kimi dəyərləri paylaşmağa davam edirik.
Vacib qeydlər:
– Hər ANİMAFİLM bileti sahibi festival zamanı 5, 6, 7 sentyabr saat 12:00–15:00 aralığında Nizami Kino Mərkəzində Dynamic Box tərəfindən kurasiya edilmiş kompyuter oyunları oynaya bilər.
– Festivalın tədbirlərinə 15 dəqiqə öncədən gəlməyiniz xahiş olunur.
– Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.